...

Malta-Azərbaycan oyunu başa çatıb (YENİLƏNİB)

İdman Materials 11 Sentyabr 2018 00:42 (UTC +04:00)
Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Malta-Azərbaycan oyunu başa çatıb.
Malta-Azərbaycan oyunu başa çatıb (YENİLƏNİB)

Bakı. Tural Turan - Trend:

Futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində keçirilən Malta-Azərbaycan oyunu başa çatıb. Trend-in məlumatına görə, hesabı Malta yığması 10-cu dəqiqədə açıb. Aqius millimizin qapısına təyin olunan penalti zərbəsini dəqiq yerinə yetirib.

Lakin Azərbaycan millisi hesabı bərabərləşdirə bilib. Belə ki, 26-cı dəqiqədə müdafiəçi Təmkin Xəlilzadə rəqib qapıçısını məyus edib.

Birinci taym 1:1 hesabı ilə başa çatıb.

İkinci taymda isə hesab dəyişməyib. Beləliklə, oyun heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra Azərbaycan millisi xallarını 2-yə çatdırıb və paralel oyunda Kosovonun Farer adalarını məğlub etməsi səbəbindən 3-cü pilləyə enib. Kosovo 4 xalla 1-ci pilləyə yüksəlibsə, Farer adaları 2-ci pilləyə enib. 1 xala malik Malta isə sonuncudur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti