...

Azərbaycan Avtomobil Federasiyası drift məktəbinə qəbul elan edir

İdman Materials 3 Oktyabr 2018 10:19 (UTC +04:00)
Azərbaycan Avtomobil Federasiyası (AAF) tərəfindən yaradılan drift məktəbinə qəbul elan olunur.
Azərbaycan Avtomobil Federasiyası drift məktəbinə qəbul elan edir

Bakı. Trend:

Azərbaycan Avtomobil Federasiyası (AAF) tərəfindən yaradılan drift məktəbinə qəbul elan olunur.

AAF-dan Trend-ə verilən məlumata görə, drift məktəbində təlimləri Beynəlxalq Avtomobil Federasiyasının (FIA) ekspertləri keçəcək. Ustad dərslərini drift üzrə İrlandiya və Britaniya çempionu Duan Makkiver, Almaniya və Niderland çempionu Sebastian Fontijn, "Red Bull" atleti, drift üzrə üçqat Ukrayna çempionu Aleksandr Qrinçuk aparacaq.

Drift məktəbinin açılmasında əsas məqsəd avtomobil idmanının inkişafı, bu sahəyə marağın artırılması, ölkəmizi beynəlxalq yarışlarda təmsil edə biləcək yerli idmançı və mütəxəssislərin hazırlanmasıdır.

Qeydiyyatdan keçmək istəyən şəxslər oktyabrın 9-dək [email protected] ünvanına müraciət edə və ya 050 295 01 00 telefon nömrəsinə zəng vura bilərlər. Drift dərslərində iştirak ödənişlidir.

İlk dərslər oktyabrın 11-dən 14-dək Dənizkənarı Milli Park ərazisində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti