Bakı. Trend:
Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində Azərbaycanın “Araz” klubu bu gün ilk oyununu keçirəcək.
Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, Slovakiyanın Luçenec şəhərindəki "Sportova Hala Arena"da təmsilçimiz Litva çempionu “Vytis”lə qarşılaşacaq.
Bakı vaxtı ilə saat 17:30-da başlayacaq oyunu İvan Şabanov (Rusiya), Sven Ayxler (Almaniya) və David Şaerlidən (İsveçrə) ibarət hakimlər briqadası idarə edəcək.