...

Belarus gimnastı: Avropa Çempionatından təəssüratlarım çox istidir

İdman Materials 18 May 2019 23:11 (UTC +04:00)
Bakıdakı Milli Gimnastika Arenası xoşuma gəlir, burada çıxış və məşq etmək çox rahatdır.
Belarus gimnastı: Avropa Çempionatından təəssüratlarım çox istidir

Bakı. Cani Babayeva - Trend:

Bakıdakı Milli Gimnastika Arenası xoşuma gəlir, burada çıxış və məşq etmək çox rahatdır.

Bunu Trend-ə Belarus gimnastı Alina Qornosko deyib.

"Bu gün mənim gürzlərlə hərəkətlərdə bir çıxışım oldu, kiçik səhvə yol verdim. Bakıdakı çempionatdan təəssüratlarım çox istidir. Biz tamaşaçıların fəal dəstəyi ilə əhatə olunmuşuq. Əlbəttə azərbaycanlıların bizə azarkeşlik etməsi xoşdur".

A.Qornosko deyib ki, 2018-ci ildə Dünya Kuboku çərçivəsində Bakıda olub:

"Ötənilki yarışlar mənim üçün uğurlu olub, medal qazanmışam. Bakı gözəl şəhərdir, təəssüf ki, buranı gəzməyə hələki vaxtım olmayıb. Ancaq ümid edirəm ki, istirahət günümdə şəhəri gəzmək imkanım olacaq".

Qeyd edək ki, Bakıda 16-19 may tarixlərində keçirilən bədii gimnastika üzrə 35-ci Avropa Çempionatında fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.

Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.

Yarışda ölkəmizi fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, qrup hərəkətləri üzrə Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti