...

Bədii gimnastlar Varnadan medallarla qayıdır

İdman Materials 8 İyul 2019 11:34 (UTC +04:00)
Bu gün Bolqarıstanın Varna şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir yekunlaşıb.
Bədii gimnastlar Varnadan medallarla qayıdır

Bakı. Trend:

Bu gün Bolqarıstanın Varna şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir yekunlaşıb.

Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, ölkəmizi bu yarışda fərdi proqramda çıxış edən Yelizaveta Luzan və Fatimə Əkbərova təmsil ediblər.

Gimnastlarımız ümumi hesabda 5 medal qazanıblar. Belə ki, Yelizaveta çoxnövçülük xallarına əsasən ilk olaraq bürünc medal qazanıb. Ayrı-ayrı alətlər üzrə finallara gəldikdə isə top və lent ilə çıxışları gimnastımıza qızıl, gürzlərlə kompozisiyası isə bürünc medal qazandırıb.

Fatimə isə lent ilə çıxışlarına görə bürünc medala sahiblənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti