...

“EYOF Bakı 2019”: Üzgüçülük yarışlarında atletimiz yarımfinala adlayıb

İdman Materials 25 İyul 2019 13:56 (UTC +04:00)
“EYOF Bakı 2019”un üzgüçülük yarışlarında Azərbaycanın iki atleti mübarizəyə qoşulub.
“EYOF Bakı 2019”: Üzgüçülük yarışlarında atletimiz yarımfinala adlayıb

Bakı. Trend:

“EYOF Bakı 2019”un üzgüçülük yarışlarında Azərbaycanın iki atleti mübarizəyə qoşulub.

Trend-in məlumatına görə, Maksim Petrenko 50 və 200 metr məsafəyə sərbəst üzmə yarışlarında müvafiq olaraq 26.03 və 2 dəqiqə 4.66 saniyə nəticə göstərərək mübarizəni dayandırıb.

Ramil Vəlizadə isə 100 metr məsafəyə batterflay üsulla üzmə yarışında yarımfinala adlayıb. Təmsilçimiz finişə 56.83 saniyəyə çataraq həlledici mərhələyə vəsiqə uğrunda mübarizə imkanı əldə edib.

Səhər sessiyasında, həmçinin qızlar 100 metr məsafəyə arxası üstə, brass, 200 metr məsafəyə fərdi qaydada qarışıq, oğlanlar isə 100 metr məsafəyə brass üsulla üzmə yarışlarında mübarizə aparıblar.

Bununla yanaşı, 4x100 metr məsafəyə qarışıq üzmə yarışlarında finalçıların adları müəyyənləşib. Üzgüçülük həvəskarları finalda Rusiya (3:55.97), Ukrayna (4:01.37), Böyük Britaniya (4:01.64), Fransa (4:01.88), Macarıstan (4:03.87), Almaniya(4:03.94), Türkiyə (4:04.19) və İspaniya (4:04.27) idmançılarının gərgin və maraqlı mübarizəsini izləyəcəklər.

Axşam sessiyasında isə finalçılar və qaliblər müəyyənləşəcək. Saat 17:00-da başlayacaq sessiyada təmsilçimiz Məryəm Şeyxəlizadəxangah ölkəmizin aktivinə idmanın bu növü üzrə ilk medalı yazdıra bilər. Belə ki, o, 100 metr məsafəyə batterflay üsulla üzmə yarışının finalında Aleksandra Sabitova (Rusiya), Roos Vanotterdyik (Belçika), Amelie Zaxenhuber (Almaniya), Sofi Friman (Böyük Britaniya), Sofiya Sartori (İtaliya), Panna Uqray (Macarıstan) və Helen Lorens (Norveç) ilə medallar uğrunda mübarizə aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti