...

Su polosu üzrə açıq Bakı turnirinin qalibləri müəyyənləşib

İdman Materials 8 Avqust 2019 22:27 (UTC +04:00)

Bakı. Trend:

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) təşkilatçılığı ilə Su İdmanı Sarayında su polosu (vaterpol) üzrə açıq Bakı birinciliyi keçirilib.

BŞGİBİ-dən Trend-ə bildiriblər ki, yarışda Azərbaycan komandaları ilə yanaşı, Qazaxıstanın “Astana” klubunun vaterpolçuları da iştirak ediblər. Gərgin idman mübarizəsi şəraitində keçən turnirdə “Astana” komandası birinci yeri tutub. Sonrakı yerlərdə müvafiq olaraq “Aqvatik-I”, “Aqvatik-II” və “MOİK” komandaları qərarlaşıblar.

Qalib komandalar kubok, diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti