Bakı. Cani Babayeva - Trend:
Mən bütün gücümü Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda uğurlu çıxışa yönəldəcəyəm.
Bunu Trend-ə Azərbaycan gimnastı Selcan Maqsudova deyib.
O bildirib ki, bu yarış onun ilk Dünya kuboku olacaq:
“Yarışlara biz 2019-cu ildə hazırlaşmağa başlamışıq, ilin sonunda gücləndirilmiş məşqlər keçirik. Dünya kuboku mənim üçün doğma Milli Gimnastika Arenasında keçiriləcək və mənim üçün azarkeşlərin dəstəyi vacibdir. Ölkəmi Dünya kubokunda təmsil etmək böyük şərəfdir və mən inanıram ki, layiqli çıxış edəcəyəm”.
Gimnastın sözlərinə görə, Dünya kubokunda ciddi rəqiblər olacaq:
“Rusiya, Kanada, Yaponiya, Çin, Belarus nümayəndələri çox güclüdür. Onlar mühüm yarışlarda iştirak edib və yüksək nəticələr əldə ediblər”.
Qeyd edək ki, Selcan Maqsudova fevralın 15-16-da Bakıda keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda batut gimnastikası yarışlarında çıxış edəcək.