...

İngiltərədə rəqibin üzərinə öskürən futbolçular oyundan uzaqlaşdırılacaq

İdman Materials 4 Avqust 2020 04:29 (UTC +04:00)
İngiltərədə rəqibin üzərinə öskürən futbolçular oyundan uzaqlaşdırılacaq

Bakı. Trend:

İngilis futbol liqalarındakı hakimlər, qəsdən rəqibləri və ya matç heyətinin üzərinə öskürən futbolçuları oyundan kənarlaşdırmağa başlaya bilər.

Trend-in məlumatına görə, bu imkan koronavirus pandemiyası zamanı matç iştiakçılarına aid yeni fərmanda səsləndirilib.

Qeyd edilir ki, hakimlər oyun zamanı oyunçular arasındakı sosial məsafəni qorumaq məcburiyyətində deyillər. Həmçinin meydançaya tüpürən oyunçuları da cəzalandırmaq olmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti