...

Avropa Liqası: "Qarabağ" qrup mərhələsində növbəti matçını keçirib

İdman Materials 5 Noyabr 2020 23:50 (UTC +04:00)
Avropa Liqası: "Qarabağ" qrup mərhələsində növbəti matçını keçirib

Bakı. Trend:

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turu keçirilib.

Trned-in məlumatına görə, İ qrupu çərçivəsində Azərbaycanın "Qarabağ" futbol komandası Türkiyənin "Sivasspor" klubu ilə qarşılaşıb

Oyun Türkiyə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qaliblərin heyətində qolları C.Osmanpaşa (11-ci dəqiqə) və O.Kayode (88-ci dəqiqə) vurublar.

Qeyd edək ki, "Qarabağ" qrup mərhələsinin 3 turundan sonra 0 xalla qrupda sonunca yerdə qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti