...

Azərbaycan millisi Türkiyə yığmasına məğlub olub

İdman Materials 27 May 2021 23:04 (UTC +04:00)
Azərbaycan millisi Türkiyə yığmasına məğlub olub

Bakı. Trend:

Futbol üzrə Türkiyə və Azərbaycan milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyunu meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Trend-in məlumatına görə, Alanyadakı Oba stadionunda keçirilən matçda Türkiyə millisi 2:1 hesabı ilə qalib gəlib. Millimizin heyətində Emin Mahmudov, rəqib komandadan isə Halil İbrahim Dervişoğlu və Kaan Ayhan fərqləniblər.

Qeyd edək ki, Azərbaycan millisi bu matçdan sonra iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə yoldaşlıq görüşləri keçirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti