...

Futbol üzrə Avropa çempionatı start götürdü: İtaliya Türkiyə ilə qarşılaşıb (ƏLAVƏ OLUNUB)

İdman Materials 11 İyun 2021 23:00 (UTC +04:00)
Futbol üzrə Avropa çempionatı start götürdü: İtaliya Türkiyə ilə qarşılaşıb (ƏLAVƏ OLUNUB)

Bakı. Orxan Nəbiyev - Trend:

İtaliyanın paytaxtı Romada AVRO-2020 futbol üzrə Avropa çempionatı başlayıb.

Trend-in məlumatına görə, turnirin ilk matçında A qrupunda mübarizə aparan İtaliya və Türkiyə qarşılaşıb.

Romanın Olimpiya stadionunda keçirilən oyun 3:0 İtaliyanın qələbəsi ilə başa çatıb.

Qolları Merih Demiral (53-cü dəqiqə, avtoqol), Çiro İmmobile (66) və Lorentso İnsinye (79) vurublar.

Qeyd edək ki, A qrupunun daha 3 matçı Bakıda keçiriləcək. Bakı Olimpiya Stadionu iyunun 12-də İsveçrə-Uels, iyunun 16-da Türkiyə-Uels və iyunun 20-də Türkiyə-İsveçrə oyunlarına ev sahibliyi edəcək. Bundan başqa, iyulun 3-də 1/4 final mərhələsinin bir oyunu Bakıda baş tutacaq.

AVRO-2020 iyunun 11-dən iyulun 11-dək Avropanın 11 şəhərində keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatı koronavirus pandemiyası ilə əlaqədar ötən il təxirə salınmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti