...

Azərbaycan triatlonçusu Rostislav Pevtsov "Tokio-2020"də mübarizə aparıb

İdman Materials 26 İyul 2021 03:34 (UTC +04:00)
Azərbaycan triatlonçusu Rostislav Pevtsov "Tokio-2020"də mübarizə aparıb

Bakı. Trend:

Azərbaycan triatlonçusu Rostislav Pevtsov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizə aparıb.

Trend-in məlumatına görə, 34 yaşlı idmançı son olaraq, 10 km məsafəyə qaçış yarışına qatılıb. O, velosipedsürmə, üzgüçülük və qaçış hərəkətlərinin cəmində 1 saat 50 dəqiqə 46 saniyə nəticə ilə 41-ci yeri tutub.

Qeyd edək ki, bu, Rostislav Pevtsovun ikinci olimpiadası olub. Təcrübəli triatlonçu Rio-2016-da 39-cu yeri tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti