Bakı. Trend:
Tokio-2020 Yay Olimpiya Oyunlarında 75 kiloqramadək çəki dərəcəsində finala yüksəlmiş azərbaycanlı karateçi Rəfael Ağayev italiyalı Luici Buza qarşılaşıb.
Trend-in məlumatına görə, R.Ağayev rəqibinə məğlub olub. Bununla da o, Azərbaycan adına Olimpiya Oyunlarının ilk gümüş medalını qazanıb.
Xatırladaq ki, karateçi qrup mərhələsində 3 qələbə, 1 məğlubiyyətlə 6 xal qazanaraq yarımfinala mərhələsinə yüksəlmişdi, yarımfinalda isə macarıstanlı rəqibini üstələmişdi.
***
16:19
Tokio-2020 Yay Olimpiya Oyunlarında 75 kiloqramadək çəki dərəcəsində azərbaycanlı karateçi Rəfael Ağayev yarımfinal mərhələsində macarıstanlı karateçi Qabor Harspataki ilə üz-üzə gəlib.
Trend-in məlumatına görə, R.Ağayev rəqibini 7:0 hesabı ilə məğlub edərək finala yüksəlib.
Xatırladaq ki, karateçi qrup mərhələsində 3 qələbə, 1 məğlubiyyətlə 6 xal qazanaraq yarımfinala mərhələsinə yüksəlmişdi.