...

Tokio-2020: İkiqat paralimpiya çempionu İlham Zəkiyev bürünc medal qazanıb (FOTO)

İdman Materials 29 Avqust 2021 14:26 (UTC +04:00)
Tokio-2020: İkiqat paralimpiya çempionu İlham Zəkiyev bürünc medal qazanıb (FOTO)

Bakı. Trend:

Azərbaycan para-jüdoçusu İlham Zəkiyev (+100 kq) Tokio-2020 16-cı Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

Trend-in məlumatına görə, İlham Zəkiyev ilk çıxışda Cek Xodcsonu (Böyük Britaniya) məğlub edərək dörddəbir finala yüksəldi. Dörddəbir finalda İ.Zəkiyev Van-Qyen Çoiyə (Cənubi Koreya) məğlub olub. Təsəlliverici görüşdə Teodor Subbunu (Yamayka) məğlub edərək para-jüdoçusumuz bürünc medal qazanıb - rəqibi Şirin Şaripov (Özbəkistan) diskvalifikasiya olundu.

Qeyd edək ki, Azərbaycanın hesabında hazırda 12 medal var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti