...

"Mançester Yunayted" "Aston Villa"ya məğlub oldu

İdman Materials 25 Sentyabr 2021 18:19 (UTC +04:00)
"Mançester Yunayted"  "Aston Villa"ya məğlub oldu

Bakı. Trend:

"Mançester Yunayted" klubu İngiltərə Premyer Liqasının VI turunun matçında Birmingemin "Aston Villa" komandasına uduzub.

Trend xəbər verir ki, oyun ya 0:1 hesabı ilə başa çatıb.

Görüş Mançesterdəki "Old Trafford" stadionunda keçirilib. Yeganə qolu Kortni Xos (88-ci dəqiqə) vurub.

"Mançester Yunayted" liqada ilk məğlubiyyətinə uğrayıb və 13 xalla turnir cədvəlində dördüncü, "Aston Villa" 10 xalla yeddinci yerdədirlər.

"Mançester Yunayted" növbəti oyununu Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda, sentyabrın 29-da İspaniyanın "Vilyarreal"ı ilə, Premyer Liqanın yeddinci matçında isə oktyabrın 2-də "Liverpul Everton"la oynayacaq. "Aston Villa" ertəsi gün səfərdə London "Tottenhem"i ilə qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti