...

Misir Afrika Millətlər Kubokunun yarımfinal mərhələsinə yüksəlib

İdman Materials 31 Yanvar 2022 02:02 (UTC +04:00)
Misir Afrika Millətlər Kubokunun yarımfinal mərhələsinə yüksəlib

Bakı. Trend:

Futbol üzrə Afrika Millətlər Kubokunun 1/4 final mərhələsində Misir və Mərakeş yığmaları üz-üzə gəlib.

Trend-in məlumatına görə, oyun Misir yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Misirin heyətində qolları Məhəmməd Salah və Trezeqe, Mərakeşin heyətində isə yeganə qolu Sofian Bufal vurub.

Beləliklə, Misir yığması Afrika Millətlər Kubokunun yarımfinal mərhələsinə yüksəlib. Fevralın 3-ü keçiriləcək yarımfinalda Misir yığması Kamerunla qarşılaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti