...

Seneqal millisi tarixində ilk dəfə Afrika Millətlər Kubokunun qalibi olub

İdman Materials 7 Fevral 2022 02:09 (UTC +04:00)
Seneqal millisi tarixində ilk dəfə Afrika Millətlər Kubokunun qalibi olub

Bakı. Trend:

Afrika Millətlər Kubokunun final oyununda Seneqal futbol millisi Misiri penaltılar seriyasında məğlub edib.

Trend-in məlumatına görə, görüş Kamerunun Yaunde şəhərində keçirilib.

Qarşılaşmanın əsas vaxtı 0:0 hesabı ilə başa çatıb, penaltılar seriyasında seneqallılar daha dəqiq olub - 4:2.

Görüşün yeddinci dəqiqəsində seneqal futbolçusu Sadio Mane penaltını dəqiq yerinə yetirə bilməyib.

Seneqal yığması tarixində ilk dəfə Afrika Millətlər Kubokunun qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti