...

Avropa çempionatı: Boksçumuz finala vəsiqə qazanıb

İdman Materials 20 Mart 2022 22:03 (UTC +04:00)
Avropa çempionatı: Boksçumuz finala vəsiqə qazanıb

Bakı. Trend:

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatında yarımfinal döyüşləri keçirilir.

Trend-in məlumatına görə, bu mərhələyə yüksələn Azərbaycan millisinin üzvü Nicat Hüseynov (51 kq) rinqdən növbəti dəfə qələbə ilə ayrılıb. Belə ki, dünya və Avropa birinciliklərinin mükafatçısı finala gedən yolda türkiyəli Mehmethan Çinarı gərgin keçən qarşılaşmada 3:2 hesabla məğlub edib. Boksçumuz həlledici görüşə martın 23-də çıxacaq.

Qeyd edək ki, Azərbaycan milli komandasının bu gün daha 3 boksçusu yarımfinal qarşılaşmasına çıxacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti