...

Bakıda Formula 2 üzrə əsas yarış başlayıb

İdman Materials 12 İyun 2022 11:12 (UTC +04:00)
Bakıda Formula 2 üzrə  əsas yarış başlayıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən 2022 Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 2 üzrə əsas yarış başlayıb.

Trend-in məlumatına görə, 29 dövrənin yekununda qalib bəlli olacaq.

Qeyd edək ki, ötən gün Bakıda keçirilmiş dəstək yarışı - Formula 2 sprint yarışının qalibi “ART Grand Prix” komandasının pilotu danimarkalı Frederik Vesti olub.

“Prema” komandasının pilotu Cehan Daruvala və “Karlin” komandasından Liam Louson müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Yarışın kubokları Gənclər və İdman nazirinin müavini Marianna Toteva Vasileva, Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Adil Kərimli və Milli Məclisin deputatı Nigar Arpadarai tərəfindən təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti