Bakı. Trend:
Azərbaycan Üzgüçülük Federasiyası Bakı Gənclər və İdman İdarəsi ilə birgə 26 iyun Silahlı Qüvvələrin yaranması gününə həsr olunan Su polosu üzrə Bakı şəhər turniri keçirib.
Federasiyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yarışda 6 komandanın tərkibində 100-ə yaxın idmançı öz güclərini sınayıblar. Su polosu idman növü üzrə milli komandanın baş məşqçisi Azər Babayevin açıqlamasına görə yarışın keçirilməsində məqsəd 2006-2007-ci il təvəllüdlü idmanşılardan ibarət milli komandanın avqust ayında qatılacaq dünya çempionatına heyyətin müəyyən olunması idi.
“Turnir çox maraqlı və gərgin keçdi. Yarışlarda Su İdman Sarayının iki komandası, MOİK-in komandası, Gənclər və İdman Nazirliyinin Olimpiya Ehtiyatları Məktənin komandaları iştirak edirdi. Bundan qabaq da 15 iyun Milli Qurtuluş gününə həsr olunan turnirdə məşqçilər heyəti Yunanıstanda keçiriləcək Su pololu üzrə dünya çempionatına yollanacaq heyəti müəyyən etmək üçün idmanşıları nəzərdən keçirdik. Artıq heyət demək olar ki, formalaşdırılıb”, - deyə Azər Babayev əlavə edib.
Federasiyadan onu da əlavə ediblər ki, turnirin sonunda idmançılar medallar və diplomlarla təltif olunublar.