...

Yeddi qat olimpiya çempionu Ellison Feliks karyerasını başa vurub

İdman Materials 16 İyul 2022 07:40 (UTC +04:00)
Yeddi qat olimpiya çempionu Ellison Feliks karyerasını başa vurub

Bakı. Trend:

Yüngül atletika üzrə yeddi qat olimpiya çempionu amerikalı Ellison Feliks karyerasını başa vurub.

Trend xəbər verir ki, bu gün E.Feliks yüngül atletika üzrə dünya çempionatında 4x400 metr məsafəyə qarışıq estafetdə bürünc medal qazanıb. Bu, onun karyerasındakı sonuncu çempionat olub.

Qeyd edək ki, E.Feliksin 36 yaşı var və beş olimpiadada iştirak edib. Amerikalı Olimpiya Oyunları və Dünya Çempionatları tarixində ən titullu yüngül atletikaçıdı, onun yeddi qızıl, üç gümüş və bir bürünc Olimpiya medalı var.

O, həmçinin 13 dünya çempionatının qalibi olub, üç dəfə gümüş və üç dəfə bürünc medal qazanıb. Tokio Oyunlarında Feliks 400 metr məsafəyə qaçışda bürünc medal qazanaraq Olimpiadada mükafatların sayına görə milli rekordu təkrarlayaraq idmançı Karl Lyuislə medallarının sayını bərabərləşdirib.

Xəbər lenti

Xəbər lenti