...

Cüdoçumuz Avropa kuboku yarışında gümüş medal qazanıb

İdman Materials 24 İyul 2022 03:34 (UTC +04:00)

Bakı. Trend:

Çexiyanın paytaxtı Praqa şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku turniri keçirilir.

Trend-in məlumatına görə, 66 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edən gənclərdən ibarət yığma komandamızın üzvü Samir Piriyev yarışda uğurla çıxış edərək finala vəsiqə qazanıb.

Qızıl medal uğrunda israilli idmançı Eran Fiksə məğlub olan cüdoçumuz gümüş medala sahib olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti