...

"Neftçi" UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib

İdman Materials 28 İyul 2022 23:02 (UTC +04:00)
"Neftçi" UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib

Bak;ı. Trend:

UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən Kiprin "Aris" klubu ilə "Neftçi" komandası arasında qarşılaşma başa şatıb.

Trend-in məlumatına görə, Bakıda keçirilən oyun "Neftçi"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda qolları Qodsvey Donyo (38-ci dəqiqə), Eddi İsrafilov (37) və Kenni Sayef (62) vurublar.

Beləliklə, "Neftçi" klubu UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, Kiprdə keçirilən ilk oyunda Bakı klubu 0:2 hesabı ilə məğlub olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti