...

Gimnastımız İvan Tixonov İslamiadanın gümüş medalını qazanıb (FOTO)

İdman Materials 10 Avqust 2022 20:07 (UTC +04:00)
Gimnastımız İvan Tixonov İslamiadanın gümüş medalını qazanıb (FOTO)

Trend-i buradan izləyin

Konya. Trend:

Azərbaycan gimnastı İvan Tixonov V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

Trend-in məlumatına görə, İ.Tixonov idman gimnastikası üzrə çoxnövçülük yarışında ikinci olub.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti