...

Daha bir güləşçimiz İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb (FOTO)

İdman Materials 11 Avqust 2022 19:42 (UTC +04:00)
Daha bir güləşçimiz İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb (FOTO)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Konya. Trend:

Azərbaycanın sərbəst güləşçisi Əsgər Məmmədəliyev Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.

Trend-in məlumatına görə, güləşçimiz 3-cü yer uğrunda mübarizədə tacikistanlı idmançı Cəmşid Şərifovu 3:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, bu gün Azərbaycan idmançıları oyunlarda stend atıcılıq, atletika, taekvondo, güləş, voleybol, həndbol, para-üzgüçülük, para-atıcılıq, stolüstü tennis, gimnastika, paralimpiya atletikası və velosiped idmanı üzrə yarışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti