Konya. Trend:
Azərbaycanın yunan-Roma güləşçisi Ülvi Qənizadə V İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Trend-in məlumatına görə, o, İran idmançısı Məhəmməd Rüstəmiyə 9:8 hesabı ilə uduzub.
Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Oyunlar avqustun 18-dək davam edəcək.
Ümumilikdə İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir.