...

Azərbaycanın Su polosu üzrə U-16 millisi dünya çempionatında iştirak edəcək

İdman Materials 21 Avqust 2022 11:32 (UTC +04:00)
Azərbaycanın Su polosu üzrə U-16 millisi dünya çempionatında iştirak edəcək

Bakı. Trend:

Su polosu idman növü üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandası ölkənin su idman növləri üzrə tarixində ilk dəfə olaraq dünya çempionatında iştirak edəcək.

Trend-in Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu su polosu üzrə milli komandanın baş məşqçisi Azər Babayev deyib.

Onun sözlərinə görə, 2006-2007-ci il təvəllüdlü idmançılardan ibarət milli komanda artıq Yunanıstandadır və keçiriləcək U-16–lar arasında dünya çempionatına son hazırlıq məşqləri davam edir.

“Bu Azərbaycanın su idman növləri tarixində ilk dəfədir ki, belə mötəbər, reytinqli turnirdə iştirak edirik. Yarışda dünyanın ən güclü komandaları da olmaqla 40 komanda mübarizə aparacaq. Yığmamız ən çətin qrupda Xorvatiya, Sloveniya ilə yarışacaq. Məqsədimiz bu qarşılaşmalarda gücümüzü ortaya qoymaq və bu beynəlxalq təcrübədən maksimum yararlanmaqdır”, - deyə Azər Babayev əlavə edib.

Su polosu üzrə U-16-lar arasında dünya çempionatı 21-27 avqust tarixlərində Yunanıstanın Volos şəhərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti