...

Azərbaycanda Su polosu üzrə turnir keçirilib (FOTO)

İdman Materials 22 Oktyabr 2022 17:03 (UTC +04:00)
Azərbaycanda Su polosu üzrə turnir keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Bakı Su İdman Sarayında kiçiklər, orta yaş qrupu və yeniyetmələr arasında 18 oktyabr Müstəqilliyin bərpası gününə həsr olunmuş su polosu üzrə turnir keçirilir.

Azərbaycan Üzgüçülük Federasiyasının Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,yarışda 7 komanda öz gücünü sınayır.

Turnirin açılış mərasiminda çıxış edən Azərbaycanın Su Polosu üzrə Milli komandasının baş məşqçisi Azər Babayev idmançıları salamlayaraq ölkəmizdə Müstəqilliyimizin bərpasının tarixindən söz açıb. O bildirib ki, Azərbaycan ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə öz müstəqilliyini daha da möhkəmləndirib və hazırda müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti ilə nəinki regionda, artıq dünya miqyasında tanınmaqdadır.

Azərbaycan Üzgüçülük Federasiyası, Bakı Gənclər və İdman İdarəsi, Bakı Su İdman Sarayının təşkilatçılığı ilə təçkil olunan turnirin əsas məqsədi uşaqlar və yeniyetmələr arasında su polosu idman növünə marağın artırılması, bu idman növünün Azərbaycanda daha da inkişaf etdirilməsi və dekabr ayında keçiriləcək su polosu üzrə respublika çempionatına komandaların seçilməsidir.

Bu gün yekunlaşacaq turnirin sonunda qaliblər diplom və medallarla təltif olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti