...

Tamblinq üzrə Bakı birinciliyi yekunlaşıb (FOTO)

İdman Materials 4 Noyabr 2022 09:46 (UTC +04:00)
Tamblinq üzrə Bakı birinciliyi yekunlaşıb (FOTO)

Bakı. Trend:

Noyabrın 3-də Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş tamblinq üzrə 18-ci Bakı birinciliyi keçirilib.

Trend-in federasiyanın saytına istinadən məlumatına görə, Milli Gimnastika Arenasının yardımçı zalında baş tutan yarışda “Ocaq Sport” klubu, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbi, Bakı Gimnastika Məktəbi, “Neftçi” İdman Klubundan kişilər və qadınlar arasında ümumilikdə 26 idmançı qüvvəsini sınayıb. İdmançılar uşaqlar (2012-2014), yeniyetmələr (2010-2011), gənclər (2006-2009) yaş kateqoriyalarında mübarizə aparıblar.

Bakı birinciliyində gənclər (2006-2009) və böyüklər (2005 və daha böyüklər) müsabiqədən kənar qüvvələrini sınayıblar.

Maraqlı və gərgin mübarizənin yekununda qeyd olunan yaş kateqoriyalarında qalib və mükafatçılar müəyyənləşib.

Yarışın yekun nəticələri ilə agf.az saytından tanış ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti