...

İspaniya La Liqası: "Barselona" "Osasuna"nı məğlub edi

İdman Materials 9 Noyabr 2022 02:56 (UTC +04:00)
İspaniya La Liqası: "Barselona" "Osasuna"nı məğlub edi

Bakı. Trend:

"Barselona" futbol üzrə İspaniya çempionatının 14-cü turu çərçivəsində səfərdə "Osasuna" komandasını məğlub edib.

Trend-in məlumatına görə, hesabı 8-ci dəqiqədə “Osasuna”nın müdafiəçisi David Qarsiya açıb.

Hücumçu Robert Levandovski 31-ci dəqiqədə qırmızı kart alaraq meydanı tərk edib. Azlıqda qalan "Barselona"nın heyətində qolları Pedri (8-ci dəqiqə) və Rafinya (85-ci dəqiqə) vurublar.

"Barselona" 37 xalla İspaniya Liqasının turnir cədvəlinə başçılıq etməyə davam edir. İkinci pillədə qərarlaşan "Real Madrid" 1 oyun az keçirib və 32 xalı var. "Osasuna" 23 xalla altıncıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti