...

"Barselona" klubu "Los-Anceles"dən Xulian Arauxonu transfer edib

İdman Materials 18 Fevral 2023 07:33 (UTC +04:00)
"Barselona" klubu "Los-Anceles"dən Xulian Arauxonu transfer edib

Bakı. Trend:

İspaniyanın "Barselona" futbol klubu rəsmi saytında ABŞ-ın "Los-Anceles" komandasının müdafiəçisi Xulian Arauxonun transferini elan edib.

Trend-in məlumatına görə, meksikalı futbolçu bu mövsüm katalonların ikinci komandasında çıxış edəcək, çünki "Barselona" rəhbərliyi qış transfer pəncərəsi bağlanana qədər X.Arauxonu transfer etməyə çata bilməyib.

X.Arauxo ötən mövsüm 31 oyunda çıxıb, 1 qol vurub və 5 məhsuldar ötürmə edib. Meksikalı futbolçunun "Transfermarkt"a görə bazar dəyəri 6 milyon avrodur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti