...

Şadam ki, ilk yarışımda mükafatlı yer tuta bildim - Gənc azərbaycanlı gimnast

İdman Materials 24 Fevral 2023 17:51 (UTC +04:00)
Şadam ki, ilk yarışımda mükafatlı yer tuta bildim - Gənc azərbaycanlı gimnast
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Şadam ki, ilk yarışımda mükafatlı yer tuta bildim.

Bu barədə Trend-ə batut gimnastikası üzrə 7-ci Azərbaycan birinciliyində balacalar kateqoriyasında üçüncü yer tutan gimnast Həsən İbrahimli deyib.

"Ocaq Sport" idman klubunun yetirməsi ona gimnastikaya qarşı sevgini atasının aşıladığını bildirib.

"Batut gimnastikası çox xoşuma gəlir, böyük həvəslə məşq edirəm. Baxmayaraq ki, bu, mənim ilk böyük yarışımdır, pis nəticə göstərmədim və üçüncü yer tutdum. Məşqlərə davam edəcəyəm ki, gələcək turnirlərdə daha yaxşı çıxış edə bilim", - 7 yaşlı gimnast deyib.

Həsənin sözlərinə görə, yarışdan sonra onlar məşqçisi ilə çıxışı müzakirə ediblər.

"Məşqçi məni təriflədi və gələcək üçün məsləhətlər verdi. Onun məsləhətlərinə qulaq asacağam ki, idmanda uğur qazanım", - balaca idmançı deyib.

Qeyd edək ki, fevralın 24-də Bakı şəhərində Milli Gimnastika Arenasında batut gimnastikası üzrə 7-ci, tamblinq üzrə 19-cu Azərbaycan birinciliyinə və Bakı çempionatına start verilib.

Yarışlarda bütünlükdə 94 idmançı iştirak edir, 62 gimnast batut gimnastikası, 32 gimnast isə tamblinq üzrə yarışlarda çıxış edir.

"Ocaq Sport" klubu, Bakı Gimnastika Məktəbi, "Neftçi" idman klubu, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edən idmançılar aşağıdakı yaş kateqoriyalarında fərdi proqramlarda çıxış edirlər: balacalar (2016-2017), uşaqlar (2013-2015), yeniyetmələr (2011-2012), gənclər (2007-2010) və böyüklər (2006-cı il və daha böyük).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti