Bakı. Trend:
Futbol üzrə Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni hücumçu Lionel Messinin DÇ-2026-da iştirakından danışıb.
Trend bu barədə "Infobae" portalına istinadən xəbər verir.
Mütəxəssis bildirib ki, futbolçunun turnirdə iştirakı onun əhval-ruhiyyəsindən asılı olacaq.
"Onun futbola həvəsi var. Xoşbəxt olduğu halda, qoy oynasın. O qalib gəlmək istəyir", - deyə baş məşqçi bildirib.