...

Gimnastlarımız Almaniyada keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıblar (FOTO)

İdman Materials 5 Mart 2023 13:15 (UTC +04:00)
Gimnastlarımız Almaniyada keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıblar (FOTO)

Bakı. Trend:

Martın 2-dən 6-dək Almaniyanın Fellbax-Şmiden şəhərində bədii gimnastika üzrə keçirilən beynəlxalq turnir keçirilir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovanın yer aldığı gənclərdən ibarət qrup hərəkətləri komandamızın üzvləri gümüş medala layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti