...

AVRO-2024: Azərbaycan millisi seçmə mərhələ çərçivəsində Avstriyaya məğlub olub

İdman Materials 25 Mart 2023 01:50 (UTC +04:00)
AVRO-2024: Azərbaycan millisi seçmə mərhələ çərçivəsində Avstriyaya məğlub olub

Bakı. Trend:

Futbol üzrə Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib.

Trend xəbər verir ki, millimiz səfərdə Avstriya komandasının qonağı olub.

Linz şəhərindəki “Raiffeisen Arena”da keçirilən matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə bitib.

Oyunda qolları M.Sabitzer (28-ci və 50-ci dəqiqələr), M.Qreqoritş (29), K.Baumqartner (69), E.Mahmudov (64) vurublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti