Bakı. Trend:
Azərbaycanın akrobatika gimnastikası üzrə yığmasının qarışıq cütlük tərkibində çıxış edən üzvləri Ağasif Rəhimov və Raziyə Seyidli Polşanın Jeşuv şəhərində keçirilən Dünya Kubokunda çoxnövçülük üzrə qızıl medal qazanıblar.
Trend bu barədə bazar ertəsi Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətinə istinadən xəbər verir.
Həmçinin bu şəhərdə akrobatika gimnastikası üzrə keçirilən beynəlxalq turnirdə azərbaycanlı gimnastlar Nizam Hamidulin və Milana Əliyeva (qarışıq cütlük), həmçinin Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bəşiridən ibarət qadınlar qrupu çoxnövçülük üzrə qızıl medal qazanıblar.
(Tərcümə: Rəna Əbdürəhmanova)