...

UEFA “Osasuna” klubunu Konfrans Liqasında iştirakdan məhrum edib

İdman Materials 24 İyun 2023 08:57 (UTC +04:00)
UEFA “Osasuna” klubunu Konfrans Liqasında iştirakdan məhrum edib

Bakı. Trend:

UEFA “Osasuna”nın 2023/2024-cü illər mövsümündə Konfrans Liqasında iştirakını dayandırıb.

Trend-in məlumatına görə, bu barədə cümə günü “Osasuna”nın mətbuat xidməti məlumat yayıb.

Mövsümün sonunda “Osasuna” İspaniya çempionatının turnir cədvəlində yeddinci yeri tutaraq, Konfrans Liqasında oynamaq hüququ qazanıb. İyunun 7-də “Mundo Deportivo” qəzeti UEFA-nın “Osasuna”ya qarşı 2012/2013-cü və 2013/2014-cü illər mövsümlərində danışılmış oyunlarda iştirak etdiyinə görə iş açdığını yazıb. Klubun prezidenti də daxil olmaqla, İdarə heyətinin üzvləri mənimsəmə, sənədlərin saxtalaşdırılması və korrupsiya ilə bağlı cinayətlərdə ittiham olunur.

Klubun mətbuat xidməti UEFA-nın qərarı ilə razılaşmadıqlarını və cəzanın qaldırılması üçün etiraz edəcəklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti