Bakı. Trend:
İspaniya və dünya nəhəngi "Barselona" heyətini yeni futbolçu ilə gücləndirib.
Trend xəbər verir ki, Katoloniya təmsilçisi "Mançester Siti"nin türk əsilli Almaniya millisinin üzvü İlkay Gündoğanın keçidini rəsmiləşdirib.
Qeyd edək ki, 2016-cı ildən "şəhərlilər"in formasını geyinən 33 yaşlı yarımmüdafiəçi 5 dəfə İngiltərə Premyer Liqasının, iki dəfə ölkə kubokunun, bir dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.