...

Azərbaycan gimnastları MDB Oyunlarında üç medal qazanıblar

İdman Materials 6 Avqust 2023 21:14 (UTC +04:00)
Azərbaycan gimnastları MDB Oyunlarında üç medal qazanıblar
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Belarusun paytaxtı Minsk şəhərində keçirilən II MDB Oyunlarında ölkəmizi təmsil edən bədii gimnastika üzrə gənclərdən ibarət qrup hərəkətləri komandamız daha 2 bürünc medal qazanıb.

Trend Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, komandanın üzvləri Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərova 5 topla hərəkətlərin və 5 iplə hərəkətlərin icrasında bürünc medala layiq görülüblər.

Xatırladaq ki, ötən gün komanda çoxnövçülükdə bürünc medal qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti