...

Konfrans Liqası: "Sabah" "Partizan"ı, "Neftçi" "Beşiktaş"ı qəbul edəcək

İdman Materials 10 Avqust 2023 08:40 (UTC +04:00)
Konfrans Liqası: "Sabah" "Partizan"ı, "Neftçi" "Beşiktaş"ı qəbul edəcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları keçiriləcək.

Trend xəbər verir ki, Azərbaycanın iki klubu - "Neftçi" və "Sabah" öz meydanlarında rəqiblərini qəbul edəcəklər.

"Sabah" Serbiyanın "Partizan" klubu ilə qarşılaşacaq. "Bank Respublika Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Matçın baş hakimi gürcüstanlı FIFA referisi Giorgi Kruaşvili olacaq.

"Neftçi" isə "Neftçi Arena"da Türkiyənin "Beşiktaş" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Qarşılaşmanı isveçrəli baş hakim Lukas Fandrix idarə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti