...

Mbappenin stadiona buraxılması qadağan edilə bilər

İdman Materials 12 Avqust 2023 13:54 (UTC +04:00)
Mbappenin stadiona buraxılması qadağan edilə bilər

Bakı. Trend:

Fransanın PSJ klubunun rəhbərliyi hücumçu Kilian Mbappenin "Park de Prens" stadionuna girişinə qadağa qoymağı planlaşdırır.

Trend xəbər verir ki, Paris təmsilçisi bu addımla 24 yaşlı hücumçunun artıq kluba lazım olmadığını daha aydın formada göstərmək istəyir.

PSJ ilə 2024/2025 mövsümü üçün müqavilənin avtomatik uzadılması variantından imtina edən fransalı forvard gələn ilin iyununda azad agent olacaq. İddiaya görə, Mbappe bu yay "transfer pəncərəsi"ndə İspaniya "Real"ına keçmək niyyətindədir.

Ulduz futbolçu ötən mövsüm PSJ-nin heyətində 34 liqa oyununa çıxıb, 29 qol vurub və 5 məhsuldar ötürmə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti