...

Azərbaycanlı gimnastlar Misirdə beynəlxalq turnirdə medallar qazanıblar (FOTO)

İdman Materials 21 Avqust 2023 14:37 (UTC +04:00)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın kişi və qadın idman gimnastikası üzrə yığmasının üzvləri Misirin Qahirə şəhərində 18-20 avqust tarixlərində keçirilən "Pharaoh’s Cup" beynəlxalq turnirində mükafatlar qazanıblar.

Bu barədə Trend-ə Azərbaycan Gimnastika Federasiyasından bildiriblər.

Yarışlarda kişi idman gimnastikası üzrə yığmanın üzvləri Mənsum Səfərov (köndələn tir üzərində hərəkətlər), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər) və Aydın Əlizadə (dayaq tullanışı) bürünc medallar qazanıblar.

Qadın idman gimnastikası üzrə Xədicə Abbaszadə dayaq tullanışı və sərbəst hərəkətlər üzrə qızıl medal qazanıb (2010-cu il təvəllüdlü gimnastlar arasında).

2011-2012-ci il təvəllüdlü idmançı qızlar arasında Leyla Məmmədova (dayaq tullanışı) və Aynaz Məcidzadə (sərbəst hərəkətlər) qızıl, Albina Əliyeva sərbəst hərəkətlər üzrə gümüş, dayaq tullanışı üzrə isə bürünc medal qazanıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti