...

Səudiyyə Ərəbistanı 2034-cü il dünya çempionatına ev sahibliyi etmək niyyətindədir

İdman Materials 5 Oktyabr 2023 06:27 (UTC +04:00)
Səudiyyə Ərəbistanı 2034-cü il dünya çempionatına ev sahibliyi etmək niyyətindədir

Bakı. Trend:

Səudiyyə Ərəbistanı Futbol Federasiyası 2034-cü il dünya çempionatına ev sahibliyi etmək üçün müraciət etmək niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə "Saudi Press Agency" agentliyi xəbər verib.

Bildirilib ki, buna dünya səviyyəli futbol tədbirlərinə ev sahibliyi etmək sahəsində artan təcrübəsi əsas verir. Ölkə 2027-ci ildə Asiya Kubokuna ev sahibliyi edəcək.

Qeyd edək ki, oktyabrın 4-də Beynəlxalq Futbol Federasiyası bəyan edib ki, 2034-cü il dünya çempionatına ev sahibliyi etmək üçün yalnız Asiya və Okeaniya ölkələri iştirak edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti