Bakı. Trend:
"Real Madrid" futbol klubu İspaniya çempionatının 11-ci turu çərçivəsində səfərdə "Barselona"nı 2:1 hesabı ilə məğlub edib.
Trend-in məlumatına görə, hesabı 6-cı dəqiqədə “Barselona”nın yarımmüdafiəçisi İlkay Gündoğan açıb. İkinci hissədə "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqem dubla imza atıb (68, 90+2).
Beləliklə, "Barselona" mövsümdə ilk məğlubiyyətini alıb, buna qədər komanda 13 matçda məğlub olmamışdı. “Real Madrid” isə məğlubiyyətsizlik seriyasını 7 oyuna çatdırıb.
"Real" İspaniya çempionatının turnir cədvəlinə 28 xalla başçılıq edir. “Barselona” 24 xalla üçüncü pillədə qərarlaşıb.