...

"Ocaq" Beynəlxalq Kubokuna hazırlıq ciddi şəkildə aparılıb - yarış mükafatçısı

İdman Materials 12 Noyabr 2023 19:42 (UTC +04:00)
"Ocaq" Beynəlxalq Kubokuna hazırlıq ciddi şəkildə aparılıb - yarış mükafatçısı
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bədii gimnastika üzrə “Ocaq” Beynəlxalq Kubokuna hazırlıq ciddi şəkildə aparılıb. Bu məşqlər mənim inkişafım üçün böyük motivasiya oldu.

Bu barədə Trend-ə yarışda dörd medal qazanan gənc azərbaycanlı gimnast Maya Kozaçuk deyib.

M.Kozaçuk topla hərəkətdə qızıl, çoxnövçülük və halqa ilə hərəkətlərdə iki gümüş, 2011-ci il təvəllüdlü gimnastlar (A qrupu) arasında gürzlər ilə kompozisiya üzrə bürünc medal qazanıb.

"Yarışda bütün bacarıq və qabiliyyətlərimi, məşq zamanı öyrəndiyim hər şeyi nümayiş etdirmək istədim. Deyim ki, ümumilikdə nəticə məni qane edir, turnir cədvəlində ikinci və ya birinci yerə yüksəlmək üçün gürzlərlə hərəkətlər proqramını daha yaxşı yerinə yetirə bilərdim, ümid edirəm ki, növbəti dəfə bu alınacaq.

Qeyd etmək istərdim ki, Bakıya çoxlu güclü gimnastlar, xüsusən də Gürcüstan, Moldova, Bolqarıstandan gəlmişdilər. Moldovadan olan qızlarla tanış oldum, inşallah gələcəkdə əlaqə saxlayacağıq", - deyə o bildirib.

Maya Kozaçuk tələbəsi olduğu “Ocaq İdman” klubunu da 10 illik yubileyi münasibətilə təbrik edib:

"Doğma klubuma firavanlıq və inkişaf arzulayıram. Bütün məşqçilərə, xoreoqraflara və idmançılara uğurlar. "Ocaq Sport" klubunu təmsil etmək mənim üçün böyük şərəfdir".

Qeyd edək ki, 10-12 noyabr tarixlərində 2-ci “Ocaq” Beynəlxalq Kuboku keçirilir. Yarışda fərdi proqramda 325 gimnast, qrup hərəkətlərində isə 21 komanda çıxış edir. Ümumilikdə 2-ci “Ocaq” Beynəlxalq Kubokunda 14 ölkədən nümayəndələr iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti