...

Bakıda "Ocaq Sport" klubunun bədii gimnastika üzrə açıq birinciliyinin son günü keçirilir

İdman Materials 15 Noyabr 2023 15:02 (UTC +04:00)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda yerləşən Milli Gimnastika Arenasında "Ocaq Sport" klubunun bədii gimnastika üzrə açıq birinciliyinin son günü keçirilir

Trend xəbər verir ki, bu gün 2014, 2013, 2012 və 2011-ci il təvəllüdlü və "yeniyetmə" yaş kateqoriyasında fərdi proqramda çıxış edən gimnastlar proqramlarını təqdim edəcəklər.

Yarışlarda bütünlükdə ölkənin 24 klubundan 206 gimnast iştirak edir.

Yarışlarda "Ocaq Sport" klubunun paytaxt bölməsinin təmsilçiləri ilə yanaşı, klubun Ağdaş bölməsinin, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin, Respublika Kompleks İdman Məktəbinin, Su İdmanı Sarayının, "Grasiya" idman klubunun, "Zirə" Mədəniyyət Mərkəzinin, Gəncə Olimpiya İdman Kompleksinin, "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin, "Qədiroğlu" idman klubunun, "Talaçay" kompleksinin (Zaqatala), Oğuz, Qəbələ, Qax, Qusar, Göyçay, Gəncə, Şağan, Şəmkir, Şirvan, Sumqayıt və Abşeron Olimpiya İdman Komplekslərinin təmsilçiləri iştirak edirlər.

"Ocaq Sport" klubunun bədii gimnastika üzrə açıq birinciliyi 14-15 noyabr tarixlərində keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti