...

Premyer Liqa klubu türkiyəli hücumçunun transferini açıqlayıb

İdman Materials 2 Fevral 2024 10:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Xetafe"nin hücumçusu Enes Ünalın "Bornmut"a keçidi rəsmiləşib.

Trend xəbər verir ki, bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb.

Türkiyə millisinin üzvü Premyer Liqa təmsilçisində mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək.

Qeyd edək ki, ötən mövsüm 30 qolla La Liqada bombardirlər sırasında yalnız Kərim Benzemadan (46) geri qalan Enes bu mövsüm zədə səbəbindən cəmi 5 oyunda iştirak edib və 2 məhsuldar ötürməsi verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti