Bakı. Trend:
KONKAKAF Millətlər Liqasında final görüşü keçirilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, həlledici qarşılaşmada ABŞ və Meksika milli komandaları üz-üzə gəliblər.
Matç amerikalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Tayler Adams və Covanni Reyna vurub.
Bürünc medal uğrunda qarşılaşmada isə Yamayka Panamanı 1:0 hesabı ilə məğlub edib.