...

Rəqabətli çempionatın olması üçün işlər görməliyik - Vaqif Sadıqov

İdman Materials 30 Mart 2024 12:43 (UTC +04:00)

Bakı. Trend:

Premyer Liqada “Qarabağ” kimi komandanın olmaması istər-istəməz bizi çıxış yolu ilə bağlı fikirləşməyə vadar edir. Gələcəkdə rəqabətli çempionatın olması üçün müəyyən işlər görməliyik.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov deyib.

O, “Qarabağ”ın 11-ci dəfə Azərbaycan çempionu olmasına münasibət bildirib.

Sadıqovun sözlərinə görə, Qurban Qurbanovun komandasının ardıcıl uğur qazanması idman ictimaiyyəti üçün sevindirici haldır:

“Düşünürəm ki, digər klublarımız da öz iş sistemlərini “Qarabağ” kimi qurmalıdırlar. Onlar Azərbaycan çempionunu özlərinə örnək götürməlidirlər. İnanıram ki, gələcəkdə bu cür klublarımızın sayı artacaq və mübarizəli çempionatın şahidi olacağıq. “Qarabağ”a bundan sonrakı fəaliyyətində uğurlar arzulayıram. Tək bu il yox, növbəti illərdə də milli çempionatla yanaşı, Avropada inamlı oynasın”.

Qeyd edək ki, “Qarabağ” Azərbaycan Premyer Liqasının XXVIII turunda “Kəpəz”ə (6:1) qalib gəlməklə, çempionluğunu erkən rəsmiləşdirib.

Xəbər lenti

Xəbər lenti